“Facebook” “WhatsApp”ı alır
  • Amerika sosial şəbəkəsi “Facebook” smartfonlar üçün “WhatsApp” mesencerini alır. Müqavilənin dəyəri 16 mlrd. dollardır.

Şirkət 16 milyard dollardan 4 milyardını nağd, qalan 12 milyardı isə “Facebook” aksiyaları vasitəsilə ödəyəcək.

Şirkət bildirib ki, “WhatsApp” yaradıcılarından biri Yan Koum şirkətin direktorlar şurasına üzv olacaq.

Sövdələşmədə, həmçinin 3 milyard məbləğində aksiyaların “WhatsApp” yaradıcılarına və əməkdaşlarına müqavilənin müddətinin başa çatmasından sonra 4 il müddətinə verilməsi nəzərdə tutulur.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.