Sosial şəbəkələrdə yalanı aşkar etmək mümkün olacaq
  • Alimlərin hazırladığı yeni kompüter sistemi sosial şəbəkələrdəki postların həqiqətə uyğun olub-olmadığını yoxlayacaq. Rəqəmli yalan detektoru Yunan-Roma ilahəsi Faminin şərəfinə “Pheme” adlandırılıb.

Bu layihənin üzərində Avropanın nüfuzlu alim və proqramçıları çalışır. Onlar ümid edirlər ki, sistem real zaman rejimində müxtəlif sosial media (ilk öncə Twitterlə) ilə işləyə biləcək.

Onların hesablamalarına görə, sözügedən sistem şayiə və provokasiyaların yayılmasının qarşısını almağa kömək edəcək.

Tərtibatçıların fikrincə, sistem sosial şəbəkələrdəki postların məzmununun doğruluğunu dərhal müəyyənləşdirəcək. Bu, polisə, hakimiyyətə və qəza xidmətlərinə kömək edəcək.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.