Həsən Ruhani Azərbaycan prezidentini qonaq çağırdı
  • İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pak Ayin dünən Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb.

İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfir İ.Əliyevin İrana səfər etməsi barədə prezident Həsən Ruhaninin dəvətini çatdırıb.

Öz növbəsində, İ.Əliyev H.Ruhaninin dəvətini müsbət qarşılayaraq, əlavə edib ki, İsveçrənin Davos şəhərində prezident H.Ruhani ilə görüşdən sonra iki ölkə arasında əlaqələrdə yeni dövr açılıb.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan bütün sahələrdə İranla əməkdaşlığa hazırdır.

Görüşdə tərəflər iki ölkəni maraqlandıran məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.