Bakıda “Blancpain Sprint Series” yarışları baş tutacaq
  • Noyabrda Bakıda “Blancpain Sprint Series” Avropa çempionatının final mərhələsi keçiriləcək.

“Blancpain Sprint Series” yarışları Avropanın yeddi mərhələdən ibarət avtomobil yarışları çempionatıdır.

““Blancpain Sprint Series” (2014-cü ildən FİA GT Sprint adını daşıyırdı) reqlamenti dəyişikliyə uğrayıb.

Yarışların təqvimində yeddi mərhələ var, birinci mərhələ 18-21 aprel fransız Noqaroda keçiriləcək. Növbəti mərhələlər İngiltərə, Hollandiya, Slovakiya, Portuqaliya, Belçikada olacaq. Çempionata 1-2 noyabr tarixində Azərbaycanda yekun vurulacaq. Hər mərhələdə bir maşından növbə ilə iki pilot istifadə edəcək”, - məlumatda bildirilir.

Məlumata görə hər mərhələ təsnifləşdirilmiş giriş və müddəti 1 saat olan iki yarışdan ibarətdir. İki pilot maşından növbə ilə istifadə edərək yarışda iştirak edirlər.

Qeyd edək ki, Bakı artıq belə yarışlara ev sahibliyi edib. Bakı yollarının möhkəmliyini, “Formula-1” yarışlarınnı məşhur iştirakçısı Devid Kultxard da yoxlayıb. Bu yarışlar zamanı Azərbaycanda müəyyən müddətə mərkəzi yollar bağlanılıb.

Amma bu son deyil: yarışlar zamanı Bakıda mərkəzi küçələrdə hərəkət dayandırılıb, bu isə sürücülərin gözlənilən neqativ reaksiyasına səbəb olub.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.