Mark Zükerberq: “Whatsapp-ı ucuz aldıq”
  • Facebook sosial şəbəkəsinin yaradıcısı Mark Zükerberq “WhatsApp” mobil messencerini satınalma prosesindən danışıb.

O, 19 milyard dollar məbləğə aldığı “WhatsApp”ın alışının ucuz başa gəldiyini qeyd edib.

M.Zükerberq “WhatsApp”ın dəyərinin 19 milyard dollardan çox olduğunu bildirib:

“Doğrusu,1 milyard istifadəçi sayına çata bilən xidmət yoxdur. “WhatsApp” bunu edə biləcək xidmətlərdən biridir. Əgər onun daha da inkişafına kömək edə bilsək, hər şey daha yaxşı olacaq”.

O hesablamalara görə, “WhatsApp”ın bir milyard istifadəçiyə doğru sürətlə addımladığını qeyd edib.

Qeyd edək ki, ötən həftə Facebook sosial şəbəkəsi “WhatsApp”ı 19 milyard dollara alıb.

Satınalmaya görə, Facebook 4 milyard dollar məbləği nağd olaraq ödəyəcək, 14 milyard dolları isə hissə şəklində “WhatsApp”a veriləcək. Əlavə olaraq 3 milyard dollar isə daha sonrakı tarix üçün “WhatsApp”ın qurucuları və işçiləri üçün nəzərdə tutulur.

Bu saziş Facebook-un indiyə qədər imza atdığı ən böyük sazişidir.

Hazırda “WhatsApp” sisteminin 450 milyon istifadəçisi var.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.