FHN AXCP-nin binasının boşaldılmasını istədi
  • Azərbaycan Xalq Cəbhəsi Partiyasının yerləşdiyi bina boşaldılır.

Bu barədə APA-ya AXCP-nin Ali Məclisinin sədri Həsən Kərimov məlumat verib. H.Kərimov qeyd edib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən partiyanın qərargahının yerləşdiyi binanın qəzalı vəziyyətdə olması barədə akt tərtib edilib və binanı boşaltmaq barədə xəbərdarlıq edilib:

“Hazırda qərargahda olan avadanlıqları partiya üzvlərinin evlərinə daşıyırıq”.

Qeyd edək ki, ötən gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının qərargahının yerləşdiyi binanın zirzəmisində partlayış baş verib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.