"Facebook"u bağlayan ölkələr
  • Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın lazım olsa "Facebook" və "Tvitter" sosial şəbəkələrinin bağlanacağını deməsi ölkədə səs-küyə səbəb olub.

Türkiyədə gündəmə gəlməsi ilə qalmaqala səbəb olan bu təklif bir necə ölkədə artıq reallaşıb.

Bəzi ölkələrdə sosial şəbəkələrin məhdudiyəti illərdir ki, davam edir. FOXnews.az sosial şəbəkələrə giriş qadağan edilən ölkələri təqdimedir.

Banqladeş
Ölkənin ən qabaqcıl partiyalarından olan Avami Ligi "Facebok"u 30 may 2010-cu ildə qadağan edib. Səbəb isə dinsizliyin təşviqatıdır. Lakin bu qadağa uzun çəkməyib və bir necə aydan sonra sosial şəbəkəyə giriş açılıb.

Çin
2009-cu ildə ölkədə baş verən ixtişaşlarda əsas xəbərləşmə vasitəsi olan "Facebook" bağlandı. 2013-cü ilin avqusta ayında bu şəbəkəyə giriş qismən bərpa edilib.

Misir
Bu ölkədə də baş verən qarşıdurmalar və etiraz aksiyalarında "Facebook" böyük rol oynayıb. Nəticədə 2010-cu ildə "Facebook"a giriş məhdudlaşdırılıb. Tam məhdudiyyət qısa sürsə də, 2010-2012-ci illərdə sosial şəbəkəyə giriş 86 dəfə kəsilib.

Şimali Koreya
"Facebook", "Twitter" və "Youtube" kimi bütün saytlar bağlıdır. Açıqlma ehtimalı isə çox aşağıdır.

İran
2009-cu ildəki prezident seçkisindən sonra ölkədə müxalifətin birləşməsi əsas gətirilərək "Facebook"a giriş kəsilib. Daha sonra "Twitter" bağlandı. 2013-cü ilin sentyabrda hər iki sayta girişə icazə verildi.

Mərakeş
Kral 6. Məhəmməd adına yaraılan saxta səhifələrə görə tez-tez sosial şəbəkəyə girişdə çətinliklər yaranır. Xüsusilə 2009- 2013-cü illər ərzində məhdudiyyətlər tez-tez yaşansa da, uzunmüddətli olmayıb.

Suriya
"Facebook"a yasaq ilk olaraq 2007-ci ildə tədbiq edilib. Saytın fəaliyyəti dövlətə qarşı mesajlar yayımlandığı üçün məhdudlaşıdırılıb.

"Facebook" sosial şəbəkəsinin aylıq milyonlarla fəal istifadəçisi var. Hər il bu rəqəmdə azı 3 faizlik artım olur.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.