Rusiya Xəzərdə təlimlər keçirir
  • Təlimdə “Tatarıstan”, “Dağıstan” raket gəmiləri, “Ataman Platov” orta desant kateri iştirak edir.

Rusiya Hərbi Dəniz Qüvvələri Xəzər Flotiliyasının gəmilər qruplaşması Xəzər dənizində təlimlərə başlayıb. Rusiya Müdafiə Nazirliyinin saytının verdiyi məlumata görə, təlimdə Flotiliyanın “Tatarıstan”, “Dağıstan” raket gəmiləri, “Ataman Platov” orta desant kateri və 4 ədəd “Serna” tipli sürətli desant kateri iştirak edir.

Martın 15-də başlanmış təlim iki həftə davam edəcək. Təlim müddətində raket gəmiləri tərəfindən şərti rəqibin suüstü və yerüstü obyektlərinə qarşı döyüş hərəkətləri aparılacaq.

Minaların məhv edilməsi, gəminin hava hücumuna qarşı müdafiəsi, həmçinin diversiyalara qarşı müdafiə və desant çıxarma əməliyyatları yerinə yetiriləcək.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.