Google və Microsoft təcrübəçisinin fantastik məvacibi
  • Stajorlar Google-da karyera pilləsinin ən aşağı mərtəbəsindədirlər və ən ağır (bəzən isə təhlükəli) işi görürlər. Axı 6000 dollar aylıq məvacib alarkən bu kimi maraqlandırır?

“Xeyir korporasiyası”nda təcrübə keçən tələbələr özlərini Ouen Vilson və Vins Vonun iştirakı ilə “Kadrlar” filminin çıxışına qədər ulduz hesab edə bilərlər.

“Glassdoor HR” saytının statistikasına görə, onların hər biri orta hesabla 5800 dollar aylıq məvacib alırlar, PT işçiləri isə konkret olaraq 6700 dollar aylıq məvacib alırlar.

Google-da təcrübə sferası adi reklam satışından mürəkkəb sistemlərin işlənməsinə qədər müxtəlif mərhələlərdən ibarətdir. Proqram ən azı 3 ay ərzində bütün gün işləməyi təklif edir, demək ki, stajorlar əməkləri müqabilində 20 000 dollar alacaqlar.

CNN Money bu haqda Google nümayəndəsi ilə danışmağa cəhd etsə də o, bu yüksək göstəriciləri təsdiqləməyib. “Glassdoor PR” meneceri Skot Dobroski izah edib:

“Google kimi şirkətdə stajorlara belə yüksək məvacibin verilməsində təəccüblü heç nə yoxdur. Yaxşı texniki təfəkkür uğrunda mübarizə yeni vüsət alır”.

Microsoft və Amazon şirkətinin proqramçı-stajorları 5500 aylıq məvacib alırlar. Microsoft şirkətinin tədqiqatla məşğul olan stajorları daha çox 7000 dollara yaxın məvacib alırlar.

Eyni zamanda, Google-da işə düzəlmək üçün müsahibə digər şirkətlərlə müqayisədə ən çətindir. Digər işlə təmin edən şirkətlərin stajorlarından fərqli olaraq  Google stajorları öz iş yerlərini çox yüksək qiymətləndirirlər. Yəni Google – “Məni tapmaq çətin, itirmək asan, unutmaq isə mümkünsüzdür” lirik ifadəsinin qəhrəmanı sayıla bilər. Burda mübarizə aparmaq üçün səbəb var.

Google müsahibə zamanı çətin və qeyri-adi sualları ilə məşhurdur. Məsələn, “Kadrlar” filminin qəhərmanlarını işə qəbul edərkən onlardan “Əgər rubl qədər kiçik ölçülərə qədər balacalaşsaydınız və yaxud blenderin dibinə düşsəz nə edərdiniz? suallarını veriblər”. “VKontakte” karyera və özünü inkişafla maraqlanan hər bir özünə hörmət edən publisist (“Niyə görə kanalizasiya qapaqları dəyirmidir?” və ya “Kanadada neçə inək var?”) belə suallarla qarşılaşıb. İşdə isə əslində hər şey daha prozaikdir – tədqiqatçılardan Python dilinin xüsusiyyətlərini və JavaScript da istifadə etdikləri “yardımçı əsaslar” barədə soruşurlar.

Yeri gəlmişkən, Yandeks və Mail.ru saytlarının mövzu bölmələrində stajorların məvacibi göstərilməyib, bu birbaşa olaraq tədqiqatçının özü ilə müzakirə edilir. Buna risk edən tələbələrin sözlərinə görə burada məvacib 20-dən 50 min rubla qədərdir, yəni 600 dollardan 1500 dollara qədər. “VKontakte”də isə ümumiyyətlə, stajor götürmürlər – orda həvəskar yox, artıq təcrübəsi olan işçilər lazımdır, məhz onlara sonsuz miqdarda pul ödənir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.