Buro 24/7 Azərbaycan-ın açılış mərasimindən (FOTO)
  • Martın 13-də Heydər Əliyev Mərkəzində Nargis Nəşriyyat evinin yeni layihəsi olan buro247.az informasiya portalının təqdimat mərasimi keçirilib.

Martın 13-də Heydər Əliyev Mərkəzində Nargis Nəşriyyat evinin yeni layihəsi olan buro247.az informasiya portalının təqdimat mərasimi keçirilib. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva, o cümlədən bir çox xarici ölkələrin səfirləri, Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Saytın təqdimatına həmçinin, Səudiyyə Ərəbistanı şahzadəsi Əmirə Əl-Təvil, Buro 24/7 portalının təsisçisi Miroslava Duma, eləcə də Rusiyadan, Gürcüstandan, Qazaxıstandan, Türkiyədən, Fransadan, İtaliyadan və digər ölkələrdən xarici jurnalistlər və qonaqlar təşrif buyurublar.

Nargis Nəşriyyat evinin və Nargis jurnalının direktoru Könül Nağıyeva Buro 24/7 portalı haqqında məlumat verdi. Portal 2011-ci ildə Sülh planeti Xeyriyyə Fondunun təsisçisi Miroslava Duma tərəfindən yaradılıb. Bu ildən etibarən Rusiya, Xorvatiya, Qazaxıstan, Ukrayna, Yaxın Şərq versiyaları olan saytın Azərbaycan bölməsi də fəaliyyətə başlayıb. Buro 24/7 - 7 gün, 24 saat mədəniyyət, incəsənət, dəb, media, memarlıq, dizayn, texnologiya və idman dünyasındakı yeniliklərdən bəhs edən İnternet layihəsidir.

Tədbirdə çıxış edən Nargis nəşriyyat evinin və Nargis jurnalının təsisçisi və baş redaktoru Ülviyyə Rəhmanova qonaqları salamladı, yeni layihə haqqında bəhs etdi ve nəşriyyat evinin nəzdində yaradılan Xeyriyyə Fondu haqqında məlumat verdi. O dedi ki, Fondun əsas hədəfi qadın və uşaq hüquqlarının qorunmasıdır. Bununla yanaşı, fond qocalar evi, uşaq evləri və başqa bu kimi yerlərlə bağlı xeyriyyə layihələri də həyata keçirəcək. Fond istənilən formada ianələri qəbul edir və kömək üçün istənilən dəstəyi qiymətləndirir. Çıxışının sonunda Ülviyyə Rəhmanova Nargis nəşriyyat evinin layihələrinə dəstək olan sponsorlara da təşəkkür etdi.

Təqdimat mərasimi xanəndə Alim Qasımov, pianoçu İsfar Sarabski, tarzən Atabəy İsmayılov, Azərbaycan Dövlət Rəqs Ansamblının çıxışları ilə başlayıb. Populyar rusiyalı dizayner Aleksandr Terexovun yeni kolleksiyasının nümayişi böyük maraqla qarşılanıb. Gecəyə qatılan məşhurlardan fransız dizayneri Stefan Rolland, İtaliyanın Brave Model Management agentliyinin təsisçisi Bruno Pauletta, italyan model Byanka Balti, dizayner Franseçko Skoqnamiglio kimi məşhurlar qonaqları salamlayıblar. Nargis jurnalının dəvətilə Azərbaycana təşrif buyuran populyar bloqqerlər Murad Osman və Natali cütlüyünün gecədə iştirakı böyük marağa səbəb olub. Cütlük bütün dünyada Instagram sosial şəbəkəsindəki Ardımca gəl (Follow me) layihəsiylə məşhurlaşıb. Murad və Natali müxtəlif ölkə və şəhərlərdə, tarixi abidələr və simvolik məkanlarda çəkiliş apararaq, milyonlarla izləyici toplayıb. Növbəti çəkilişlərini Odlar yurdunda aparan cütlüyün Bakı fotosu sosial şəbəkələrdə əsas müzakirə mövzusuna çevrilib.

Qədim və müasir Bakının vəhdətini əks etdirən fotonu 129 min insan bəyənib, dünyanın müxtəlif yerlərindən 2000-dək izləyici şərh edib. Qeyd etmək lazımdır ki, məşhur bloqer cütlüyün Instagram izləyicilərinin sayı 1 milyon 114 mindir. Tədbir amerikalı müğənni, 9 Qremmi mükafatçısı Con Lecendin çıxışı ilə yekunlaşıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.