Ərdoğan Türkiyədə Twitter"ə qadağa qoydu
  • Türkiyədə dünyanın ən populyar şəbəkə saytlarından olan “twitter”dən istifadəyə məhdudiyyət qoyulub.

Bu, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bursa şəhərində keçirdiyi mitindən sonra olub.

Məlumata görə, Ərdoğan mitinqdə, “Twitterin filanın, hamısının kökünü qazıyacağıq deyib. Bundan sonra ölkədəki bəzi serverlərdən bu sosial şəbəkəyə girmək mümkün olmayıb.

Yerli mətbuat indilik “ttnet” və “Superonline” serverləri ilə Tvitterə girmənin mümkün olduğunu, “3G”, “Kablonet” və “Uydunet” serverlərində isə adı çəkilən şəbəkənin tamamilə məhdudlaşdığını bildirir.

Baş nazirlik mətbuat mərkəzi məsələ barədə rəsmi açıqlama verərək, twitter rəhbərliyinin bəzi linklərin şəbəkədən yığışırılması barədə məhkəmə qərarına etinasız qalmasını səbəb kimi göstərib.

“Hazırda Türkiyə Cümhuriyyəti vətəndaşlarının bəzi linklərin yığışdırılması barədə məhkəmə qərarının həyata keçirilməsində twitter rəsmiləri etinasız hərəkət edir. Bu müdət ərzində məhkəmə qərarları istiqamətində Kommunikasya və Rabitə komitəsinin müraciətləri də şəbəkə rəhbərliyi tərəfindən reaksiyasız qalıb.

Məhkəmə qərarlarının və hüququn tələblərinin yerinə yetirilməməsi mövqeyində dəyişiklik olmasa vətəndaşlarımızın düşdüyü zərərin qarşısını almaq üçün twitterə məhdudiyyət qoymaqdan başqa çarəmiz qalmayacaq.

Baş nazirimiz Bursada keçirdiyi mitinqdə diqqəti bu məsələyə cəlb edib”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.