Abdullah Gül “Twitter” qadağası barədə danışdı
  • “Ümid edirəm “Twitter”lə əlaqədar tətbiq edilən qadağa uzunmüddətli olmayacaq”.

Prezident sosial şəbəkənin tamamilə bağlanılmasının təqdirə layiq olmadığını söyləyib:

“Daha əvvəl dəfələrlə qeyd etdiyim kimi kommunikasiya texnologiyalarının bu gün çatdığı nöqtədə “Twitter” kimi bütün dünyada istifadə edilən şəbəkəyə bütünlüklə maneə törədilməsi texniki olaraq onsuz da mümkün deyil. Kəslərin şəxsi həyatının gizliliyini pozmaq kimi cinayət meydana gətirən xüsuslar varsa, ancaq məhkəmə qərarı ilə yalnız əlaqədar səhifələr bağlanıla bilər. Ümid edirəm “Twitter”lə əlaqədar tətbiq edilən qadağa uzunmüddətli olmayacaq”.

Qeyd edək ki, Türkiyədə dünyanın ən populyar şəbəkə saytlarından olan “Twitter” bağlanıb. Bu, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bursa şəhərində keçirdiyi mitinqdən sonra olub.

Məlumata görə, Ərdoğan mitinqdə, “Twitter”in filanın, hamısının kökünü qazıyacağıq” deyib. Bundan bir neçə saat sonra, saat 23.34-də ölkədəki bəzi serverlərdən sosial şəbəkəyə girmək mümkün olmayıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.