"Roman Abramoviçin bank hesabları dondurula bilər”
  • "Londonun “Çelsi” futbol klubunun sahibi, iş adamı Roman Abramoviçin bank hesabları dondurula bilər”.

Bunu Böyük Britaniyanın baş naziri David Kameron bildirib. Onun sözlərinə görə, kimin birbaşa Ukraynadakı vəziyyətlə bağlılığı varsa, hamını belə tale gözləyir.

The Telegraph qəzeti yazır ki, David Kameron bu sözləri deməklə iddia edir ki, Roman Abramoviç Krımın Rusiyaya birləşməsi üçün hansısa yolla Rusiyanı dəstəkləyib.

Hələlik isə Roman Abramoviç baş nazirin bu ittihamına cavab verməyib. Ola bilsin ki, Abramoviç “Çelsi” klubunun Çempionlar Liqasında növbəti tura adlamasını bayram edir və aprelin 2-də Parisdə Fransanın "PSJ" klubu ilə baş tutacaq oyunda yaxşı nəticə göstərməyin yollarını arayır.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.