Zabitlərimiz NATO əsgərləri ilə birgə kurs keçəcəklər
  • Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.

Müdafiə Nazirliyindən ANS-ə verilən məlumata görə, martın 24-dən 27-dək Doha şəhərində (Qətər) "DİMDEX-14" sərgisi, NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən martın 24-dən 28-dək Oberammerqau şəhərində (Almaniya) NATO qərargah zabitləri üçün tanışlıq kursu keçiriləcək.

Eyni zamanda Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq planına əsasən martın 25-dən 28-dək Kaunas şəhərində (Litva) "Döyüş şəraitində yaralıların müalicəsi" kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.