Putin Ukraynanın bölünməsi ilə bağlı Polşa, Macarıstan və Rumıniyaya təklif göndərib
  • Rusiya Dövlət Dumasından Polşa Xarici İşlər Nazirliyinə Ukraynanın bölünməsini nəzərdə tutan rəsmi məktub göndərilib.

Rusiyanın Liberal Demokratlar Partiyasının lideri, Dövlət Dumasının sədr müavini Vladimir Jirinovski Polşaya Ukraynanın Volın, Lvov, İvano-Frankovsk, Ternopol və Rovno vilayətlərində həmin ərazilərin Polşaya mənsub olması ilə bağlı referendum keçirməyə təklif edib.

Polşa XİN bu təklifdən hiddətlənib və bu cür bəyanatları “qəribə” adlandırıb. Eyni “təklifləri” Macarıstan və Rumıniya da alıb. Onlara müvafiq olaraq Zakarpatye və Çernovtsı vilayətlərini özlərinə birləşdirmək təklif olunur.

Ukraynaya isə yalnız mərkəzi hissə qalmalıdır.

Qeyd edək ki, bundan əvvəl V. Jirinovski Dövlət Dumasının tribunasından Ukraynanın parçalamasına çağırıb.

O bildirib ki, Kiyev heç vaxt dövlətin federallaşmaya razılaşmayacaq, çünki bu halda Kiyev heç nəyi idarə edə bilməyəcək.

O vurğulayıb ki, Ukraynanın dövlət qurmaq cəhdləri tarix boyu uğursuzluqla nəticələnib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.