Aeroport şosesi qismən bağlanır (XƏBƏRDARLIQ XƏRİTƏ)
  • Aeroport şosesində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Azərbaycanın Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, Aeroport şosesində Mərdəkan yol qovşağından Hava limanı yol qovşağı istiqamətində nəqliyyat vasitələrinin hərəkəti qismən (2 zolaqda) məhdudlaşdırılacaq.

Məlumata əsasən, sözügedən ərazidə yol cizgiləri və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 10:30-dan 18:00-a qədər nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.