İlham Əliyev Sarkisyanla görüşdü
  • Ermənistan və Azərbaycan prezidentləri Haaqada görüş keçiriblər. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu barədə öz "Twitter" səhifəsində yazıb. O, prezidentlərin qısa danışdıqlarını qeyd edib.

“Azərbaycan və Ermənistan dövlət başçıları Dağlıq Qarabağda sülhün təmin olunması ilə bağlı dediklərinə həqiqətən sadiqdirlər?”, - deyə C.Uorlik sual edib.

O qeyd edib ki, Ermənistan və Azərbaycan prezidentləri Haaqada Nüvə Təhlükəsizliyi Məsələləri üzrə Sammit çərçivəsində görüşüblər.

Həmsədr "Twitter" istifadəçilərinə belə bir sual ünvanlayıb: "Tərəflər əvvəlkitək Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllini tapmasına tərəfardırlarmı?"

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.