Tağı Əhmədovla bağlı göstəriş verildi
  • Bakı Metropolitenin sabiq rəisi Tağı Əhmədovun adı qurumun rəsmi səhifəsindən çıxarılacaq.

Bunu açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva deyib.

Onun sözlərinə görə, bununla bağlı artıq texniki işçilərə göstəriş verilib və Tağı Əhmədovun adı qurumun saytındakı struktur bölməsindən çıxarılacaq və yeni rəis Zaur Hüseynov haqqında məlumat yerləşdiriləcək.

Qeyd edək ki, bir müddət öncə prezident İlham Əliyevin sərəncamı ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılıb və Zaur Hüseynov rəis təyin edilib.

(AzVision.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.