Putin Qəzza sektorunu Rusiyaya birləşdirmək istəyir
  • Qəzza sektorundakı ərazidə Rusiya vətəndaşlarının hal-hazırda sayı 50 minə yaxındır. Bu əsasən fələstinli kişilərlə ailə quran qadınlardır.

Hal-hazırda yerli cəmiyyət RF tərkibinə referendum yolu ilə daxil olma imkanını nəzərdən keçirir. Cəmiyyətin fəallarından biri Moskvanın ruslara dünyanın istənilən yerində müdafiə etməyə söz verdiyini bəyan edib, onlar isə artıq uzun illərdir ki, İsrailin yaratdığı təhlükə altında yaşayırlar – deyə Fələstin informasiya mərkəzi bildirib.

Müharibə zamanı bir neçə rus qadını öldürülüb. Yerli rus cəmiyyətinin sözlərinə görə İsrailin yaratdığı blokada sayəsində burda həyat yaşamaq uğrunda mübarizəyə çevrilib. Təzəlikcə isə Misir tərəfindən də təhlükə meydana gəlib.

Burada yaşayan qadınların fikrincə ölkələrin məcbur boyun əyməli olduqları ABŞ və Qərbin tətbiq etdiyi qaydalar “cəngəllik qanunları”ndan seçilmir, bu qanunlara əsasən zəiflər məhv olur. Fələstinin kənardan müdaxiləyə qarşı yetəri qədər qüvvəsi yoxdur, amma əgər Rusiya bunu öz üzərinə götürərsə, o zaman yaxşı silahlanmış ordu, qüvvətli sərhədlər, hətta nüvə silahı belə ola bilər. Bu isə öz növbəsində sionistləri fələstinlilərlə başqa səviyyədə danışıqlar aparmağa məcbur edəcək.

Bununla yanaşı rus cəmiyyətinin üzvləri referendumun keçirilməsi üçün Ramallahdan icazə almağı düşünmürlər, belə ki, onların fikrincə Abbas və parlament çoxdan qeyri-hüquqidirlər. Burada seçkilər uzun müddətdir ki, keçirilmir, onların səlahiyyətləri konstitusiya müddətinə müvafiq olaraq bitib.

Bütün bunlara baxmayaraq Qəzza sektorunun Rusiyadan uzaqda olması heç kimi qorxutmur. Cəmiyyət üzvləri, britaniyalıların Hibraltarda və ya Folklend adalarında yaşadıqlarını misal gətiriblər.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.