Ukrayna delfinləri Rusiya tərəfə keçiblər
  • Krım hərbi delfinləri bu yaxınlarda Rusiya Hərbi-Dəniz Donanmasının (HDD) sərəncamında olacaq.

Məməlilərin xidmətə hazırlanmasına Sevastopol dövlət okeanariumunda başlayıblar, məşqlər tamamilə yeni metodika üzrə aparılır.

“Mühəndislər yeni proqramlar üçün yeni cihazlar hazırlayır. Bütün bu yeniliklər delfinlərdən su altında daha effektiv istifadə etməyə yardım edəcək”, - RİA “Novosti”-yə deyən mənbə anonimliyinin qorunmasını istəyib.

Onun sözlərinə görə, delfinlərdən batan əşyaların və hərbi texnikanın axtarışı, eləcə də hərbi dalğıcların tapılması üçün istifadə ediləcək.

Dəniz məməlilərinin hərbi məqsədlərlə istifadəsini öyrənən ilk elmi-tədqiqat mərkəzi 1965-ci ildə SSRİ Qara dəniz sahillərində yaradılıb.

Hal-hazırda dünyada yalnız iki hərbi delfin hazırlayan mərəz var – Sevastopol və San-Dieqo (ABŞ) şəhərlərində.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.