Siyavuş Novruzov Rəqsanənin “nakolka”sından danışdı
  • Millət vəkili Siyavuş Novruzov müğənni Rəqsanənin mərhum prezident Heydər Əliyevin imzasını qoluna döydürməsi məsələsinə münasibət bildirib.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov açıqlamasında deyib ki, ulu öndər Heydər Əliyevin imzası olan döş nişanları buraxılıb və insanlar da ulu öndərin xatirəsini əbədiləşdirmək üçün həmin nişanları döşlərində gəzdirirlər. Onun sözlərinə görə, bu cür məqsədlər üçün ulu öndərin şəkillərini də müxtəlif formalarda çap ediblər və sairə: “Hətta, mən bir dəfə gördüm ki, avtomobildə ulu öndərin imzasını vurmuşdular. Biz bu məsələ ilə əlaqədar Dövlət Yol Polis İdarəsinə müraciət etdik və onlar da bunun qarşısını aldılar. Hesab edirəm ki, ümummilli liderin adı ilə bağlı olan, onun adını və ya imzasını əks etdirən hər hansı atribut ən şərəfli, ləyaqətli, uca və ali yerlərdə olmalıdır. Mən həmin verilişə baxmamışam, ancaq bu efirdə gedibsə, təbii ki, bundan təəssüflənirəm”.

Xatırladaq ki, martın 23-də “Space” telekanalının efirində yayımlanan “Sevimli şou” verilişində qonaq olan müğənni Rəqsanənin qoluna döydürdüyü mərhum prezident Heydər Əliyevin imzası efirdən nümayiş olunub.

( Publika.Az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.