Son rəy sorğularına əsasən amerikalıların cəmi 41 faizi onu dəstəkləyir. Müqayisə üçün qeyd edək ki, 2008-ci ildə andiçmə mərasiminə qədər Obamanın reytinqi 83 faiz idi.
Sonuncu rəy sorğusu göstərir ki, amerikalılar Obamanın xarici siyasətindən çox narazıdır. Prezidentin xüsusən Ukrayna ətrafında yaranmış situasiyaya reaksiyası narazılığa səbəb olub.
Respublikaçı senator Ted Kruz bildirib ki, Obama prezidentliyi dövründə lider ola bilmədi: “Obamanın xarici siyasətdə zəif və mənasız hərəkətləri ABŞ-ın düşmənlərini gücləndirdi. İndi Rusiya prezidenti Vladimir Putin Obamadan daha uduşlu mövqedədir”.