Türkiyədə Ərdoğan bu dəfə Youtube internet saytına girişi qadağan etdi
  • Türkiyə Telekommunikasiya Nazirliyində "Youtube"a girişin qadağan edilməsi ilə bağlı qərar qəbul edilib

Bu gün internetə yerləşdirilən və Türkiyənin 4 yüksək vəzifəli şəxsinin Suriya ilə bağlı yer aldığı səs yazısından sonra "Youtube"a giriş bağlanıb. Türkiyə Telekommunikasiya Nazirliyində (TTN) "Youtube"a girişin qadağan edilməsi ilə bağlı qərar qəbul edilib. Qərara əsasən, 3G internetə girişi təmin edən GSM operatorları TTNET və Superonline kimi İSP şirkətlərinə tapşırılıb. Yəni Türkiyədə istər mobil telefonlar, istərsə də kompüterlər vasitəsilə "Youtube"a giriş qadağan edilib.

TTN qərarın mərhələ-mərhələ həyata keçiriləcəyini bildirib.

Xatırladaq ki, bu gün internetə Türkiyənin 4 yüksək vəzifəli şəxsinin Suriya ilə bağlı səs yazısı yerləşdirilib. Audio yazıda xarici işlər naziri Əhməd Davudoğlunun, ordu generalı Yaşar Gülərin, Türkiyə Dövlət Təhlükəsizlik Təşkilatının rəhbəri Hakan Fidanın və xarici işlər nazirliyinin müşaviri Feridun Sınırlıoğlunun adı yer alıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.