“Instagram”ın auditoriyası 200 milyonu ötdü
  • Məşhur “Instagram” sosial şəbəkəsindən bildirilib ki, onun istifadəçilərinin sayı 200 milyonu ötüb.

“Facebook” şirkətinə məxsus “Instagram”ın nümayəndələrinin dediyinə görə, istifadəçilər onun meydançasının köməyi ilə ümumilikdə 20 milyarddan çox fotoşəkil paylaşıblar.

Xatırladaq ki, 6 ay əvvəl “Instagram” xidmətinin auditoriyası 150 milyon, bir il əvvəl isə 100 milyon istifadəçidən ibarət olub.

Xidmətin bloqunda dərc edilmiş məlumata əsasən, son zamanlar resursun bir çox istifadəçiləri yerli coğrafi cəmiyyətlər yaratmağa başlayıblar.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.