Mark Zukerberq daha bir şirkət alır
  • Bu yaxınlarda 19 milyard dollara "Whatsapp"ı satın alan "Facebook" indi də 2 milyard dollara virtual-reallıq dəbilqə istehsalçısı "Oculus VR" şirkətini satın alıb.

Facebook-un yaradıcısı Mark Zukerberq Oculus-u təkcə oyun sferasında deyil, media, əyləncə və təhsil sahələrində də inkişaf etdirəcək.

Yeni Oculus dəbilqələrinin köməyilə həkimlə üzbəüz müayinədə olmaq, dünyanın fərqli nöqtələrindəki müəllim və tələbələri görüşdürmək mümkün olacaq. Zukerberq "Oculus VR"i sosial şəbəkələrin inkişafında növbəti mərhələ hesab edir. Yeni cihazların 2014-cü ilin sonu və ya 2015-ci ilin əvvəllərində satışa çıxarılacağı gözlənilir.

Hazırda "Oculus VR" kimi tanınan virtual reallıq cihazının ilk adı "Oculus Rift" olub. Gözü əhatələyən və yüksək keyfiyyətli OLED ekranlı cihaz baş hərəkətlərini tanıması və yaratdığı reallıq effekti ilə texnologiya dünyasında yeniliyə imza atıb. Şirkətin əsası 2012-ci ildə 21 yaşlı Palmer Laki tərəfindən qoyulub.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.