Babək prospektindəki avtosalonlar sökülür
  • Bakının ən böyük prospektlərindən biri genişləndirilərək əsaslı təmir olunacaq. Prospekt boyunca yerləşən avtosalonlar isə Badamdardakı maşın bazarına köçürüləcək.

Bakının ən iri prospekti olan Babək prospekti genişləndiriləcək. Prospektə çıxışı təmin edəcək Xəqani Rüstəmov küçəsində isə artıq yenidənqurma işlərinə start verilib. Küçədə kommunikasiya xətlərinin dəyişdirilməsinə başlanılıb.

Yolda neft buruqları olduğundan onlar da ərazidən köçürülür və çəkiləcək yeni yolun keyfiyyətli olması naminə neftlə çirklənmiş torpaq yenisi ilə əvəzlənir.

Azərbaycanın Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin verdiyi məlumata görə, 6 zolaqdan ibarət olacaq yolun uzunluğu 1,17 km, eni 45 metr olacaq:

“Babək prospektini birləşdirəcək evlər söküləcək. Qiymətləndirmə aparılır. Nazirlikdə birgə siyahıya alınıb, kompensasiya verilib söküləcək. Qaraçuxur qəsəbəsindən Yusif Səfərov küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsinədək uzanan Babək prospekti tamamilə yenidən qurulacaq. Prospekt ətrafındakı bir sıra obyektlər söküləcək və yol genişləndiriləcək. Plana əsasən yolun ən azı 10 zolaqlı, hər istiqamətə 5 hərəkət istiqaməti olmaqla yenidən qurulması planlaşdırılır”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.