Azərbaycandan Ukraynanın ərazi bütövlüyünə dəstək
  • BMT Baş Assambleyasının s əs çoxluğu ilə bu gün qəbul etdiyi qətnaməyə əsasən, Krımda keçirilmiş referendum qanunsuz hesab olunub. BMT-nin 100 üzv ölkəsi Krımdakı referenduma qarşı olan qətnamənin lehinə səs verib, 11 ölkə əleyhinə səs verib, 58 ölkə isə bitərəf qalıb.

Qətnaməyə əsasən, Baş Assambleya vurğulayır ki, Krım Muxtar Respublikasında və Sevastopolda 16 mart 2014-cü il tarixində keçirilmiş referendumun qanuni qüvvəsi olmadan Krım Muxtar Respublikasının və ya Sevastopol şəhərinin statusunun dəyişdirilməsinə əsas ola bilməz.

Qətnamənin qəbul olunmasının əleyhinə Ermənistan, Belorusiya, Boliviya, Venesuela, Kuba, KXDR, Zimbabve, Nikaraqua, Rusiya, Suriya və Sudan kimi dövlətlər çıxış ediblər.

BMT Baş Assambleyası bütün dövlətləri, beynəlxalq təşkilatları və xüsusiləşdirilmiş qurumları Krım və Sevastopolun statusunun dəyişdirilməsini tanımamağa çağırıb və istənilən status dəyişikliyinin tanınması kimi qələmə veriləcək hər-hansı  addımlardan çəkinməyə çağırıb.

Qətnaməyə əsasən, Baş Assambleya Ukraynanın beynəlxalq səviyyədə tanınmış suverenliyi, siyasi müstəqilliyi, vahidliyi və ərazi bütövlüyünə sadiqliyini təsdiqləyib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.