Saakaşvili: "Mənasız işlərə vaxt ayıra bilmərəm"
  • Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ölkə prokurorluğunun distant şəkildə ifadəsinin alınması ilə bağlı təklifini rədd edib.

Mixail Saakaşvili işlərinin çox olduğunu və “mənasız işlərə” vaxt ayıra bilməyəcəyini bəyan edib.

Xatırladaq ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili dindirilmək məqsədi ilə ölkənin Baş Prokurorluğuna çağırılsa da, Saakaşvili Tiflisə gəlməkdən imtina etmişdi. Baş prokurorluq Saakaşvilini keçmiş baş nazir Zurab Jvaniyanın ölümündə təqsirləndirir. Mixail Saakaşvili isə istintaqa çağırılmasını məhz Ukrayna hadisələri zamanı Maydandakı çıxışı ilə bağlı olduğunu idda edir.

Qeyd edək ki, Mixail Saakaşvili Gürcüstana gəlməkdən imtina etdikdən sonra Baş prokurorluq keçmiş prezidentdən distant şəkildə ifadə alınmasını təklif etmişdi.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.