Obama etiraf etdi
  • Barak Obama: "Elə etmək lazımdır ki, sanksiyalar nəticəsində Rusiyada fəaliyyət göstərən Avropa və ABŞ şirkətləri zərər görməsin"

"Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi ABŞ-a və qərb ölkələrinə təsirsiz ötüşməyəcək".

Bunu ABŞ prezidenti Barak Obama bəyan edib. Onun sözlərinə görə, sanksiyalar Avropa ölkələrinin və ABŞ-ın Rusiyadakı biznesinə mənfi təsir göstərə bilər. O, bildirib ki, Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edilərkən, elə etmək lazımdır ki, sanksiyalar nəticəsində Rusiyada fəaliyyət göstərən Avropa və ABŞ şirkətləri zərər görməsin.

“Biz çox yaxşı başa düşürük ki, Rusiya qlobal iqtisadiyyata malik olduğu üçün bu ölkəyə tətbiq edilə biləcək istənilən sanksiya bizim şirkətlərə də təsir edə bilər. Ona görə də Rusiyaya qarşı iqtisadi sanksiyalar üzərində işləyirik”, - deyə Obama bildirib.

Xatırladaq ki, Krım Muxtar Respublikasının Rusiyaya birləşdirilməsindən sonra ABŞ və qərb ölkələri rəsmi Moskvaya qarşı bir sıra sanksiyalar tətbiq edib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.