Ermənilər Tovuz sakinini yaraladılar
  • Bu axşam saatlarında ermənilər Tovuzun Əlibəyli kəndini atəşə tutublar.

Atəşkəsin pozulması nəticəsində dinc sakin qolundan yaralanıb. Belə ki, 29 yaşlı Rəşad Səfər oğlu Əliyev ermənilərin atdığı gülləyə tuş gəlib. O, həyətində olarkən qoluna qəlpə dəyib. Ona ilkin tibbi yardım göstərilib.

Hazırda Rəşad Əliyevin vəziyyəti normaldır. Qeyd edək ki, ermənilər tez-tez Azərbaycan kəndlərini atəşə tutur.

Bunun nəticəsində hərbçilərimizlə yanaşı, mülki sakinlər də yaralanır. Martın 27-də ermənilərin atdığı güllə mülki vətəndaş 44 yaşlı Etibar Qoca oğlu Tağıyev yaralanmışdı.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.