Türkiyədə ayın gözəli seçilən azərbaycanlı modeldən yeni (FOTO)
  • Yaradıcılıq işlərini Türkiyədə həyata keçirən azərbaycanlı model Könül Əzizovadan xəbər var.

O, Türkiyədə nəşr olunan “Evos angels” jurnalında “ayın gözəli” seçilib. Həmin jurnalda modelin açıqlamaları ilə yanaşı fotosessiyası da dərc olunub.

Xatırladaq ki, K.Əzizova illərdir Türkiyədə fəaliyyət göstərir. Modelimiz bu günə qədər bir çox ölkələrin tanınmış modelyerlərinin dəfilələrində çıxış edib.

Onu da əlavə edək ki, K.Əzizova modelliklə yanaşı aktrisa kimi də fəaliyyət göstərir. O, Türkiyənin “TRT” kanalında yayımlanan “Beni böylə sev” serialında rol alıb.

K.Əzizovanın həmin jurnalda dərc olunan müsahibəsi ilə yanaşı fotosessiyasını da bu linkdə izləyə bilərsiniz.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.