Uşaqlar üçün Facebook şəbəkəsi açılacaq
  • Facebook şəbəkəsinin istifadə qaydalarına görə 13 yaşınadək istifadəçilərin qeydiyyatı qadağandır.

Facebook qurucusu Mark Zukerberq şəbəkədə 13 yaşa qədər uşaqlar üçün də bir yer olacağına inanır. Onun sözlərinə görə bu yetkinlik yaşına çatmayanların ümumi təhsil səviyyəsini artıracaq. Eyni zamanda, Zukerberq qeyd edib ki, yetkinlik yaşına çatmayanların təhlükəsizliyini lazımi səviyyədə təmin etmək üçün bir çox tədbir almaq lazımdır.

Dünya təcrübəsinə görə, sosial şəbəkələrdə qeydiyyat yaş həddi ilə bağlı şərtlərə heç də həmişə riayət edilmir. Bir çox uşaqlar nizamnamə tələblərinə yan və ya doğum tarixini yanlış məlumat verərək bəsirətsiz valideynlər vasitəsilə onları pozur.

Belə ki, 20 milyon yetkinlik yaşına çatmayan Facebook istifadəçilərindən təxminən 7,5 milyonu 13 yaşınadək uşaqlardır. Və 5 milyondan çox şəbəkə üzvlərini 10 yaşınadək uşaqlar təşkil edir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.