Daha bir deputat həmkarından Etibar Hüseynova sərt təpki
  • Milli Məclisin deputatı Etibar Hüseynovun qaçqınların Bakı mühitini korlaması barədə fikirlərinə qəti etiraz edirəm.

Onun telekanalların birində çıxışının videosunu izlədim. Parlament üzvü bu cür çıxışlar etməməlidir. Qaçqınlar haqqında dediyi epitetlərə ( “ac-yalavac”, “təhsiliz”, “mədəniyyət görmədilər” və s.) öz qəti etirazımı bildirirəm. Xalqı bölmək, bölgəni-bölgəyə qarşı qoymaq yolverilməzdir.

Bunu bir müddət əvvəl ANS-in efirində “Bazar səhəri Rövşanə ilə” verilişində çıxışında Bakıda şəhər mühitinin pozulmasını Qarabağdan gələn qaçqınlarla bağlamış deputat Etibar Hüseynova cavab olaraq, Milli Məclisin digər bir üzvü Aydın Mirzəzadə şəxsi Facebook hesabında yazıb.

Deputat vurğulayıb ki, Bakı bütün Azərbaycan xalqının şəhəridir.

“Bakı mühitini bütün xalqımız öz mədəniyyəti, dəyərləri ilə birlikdə yaradıb, oun tanınmasında hər bir bölgənin, hər bir sosial qrupun böyük zəhməti olubdur. Bütün böyük şəhərlər bölgələrdən gələn insanların hesabına böyüyür, onların gətirdiyi mədəniyyətin hesabına mədəniyyətini zənginləşdirir.

Təəssüf edirəm ki, veriliş zamanı onun səsləndirdiyi mövqeyə etiraz bildirilmədi, qaçqınlar haqqında əsassız fikirlərə yol verildi. Gücümüz hamımızın qaçqın, hamımızın bakılı, hamımızın naxçıvanlı, hamımızın ümumilikdə azərbaycanlı olmağımızdadır”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.