Türkiyə “Twitter”-ə “hə” dedi
  • Bu gün Türkiyənin Konstitusiya Məhkəməsi “Twitter” sosial şəbəkəsinin bağlanmasına etirazla bağlı 3 müraciətə baxıb.

Bu barədə “Hürriyet” yazıb. Məlumata görə, Konstitusiya Məhkəməsi sosial şəbəkənin bağlanmasını istifadəçilərin ifadə azadlıqlarının pozulması kimi qiymətləndirib.

Məhkəmə istifadəçilərin hüquqlarının dərhal bərpa edilməsi barədə qərarı müvafiq qurumlara göndərib.

Qeyd edək ki, AKP hökuməti hökumət üzvlərinin səs kasetlərinin “Twitter” sosial şəbəkəsində yayılmasının qarşısını almaq üçün İnformasiya və Rabitə Qurumuna müraciət edərək ölkədə “Twitter” sosial şəbəkəyə girişi bağlatdırıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.