“Apple” daha bir şirkət satın alır
  • “Apple” “Siri” xidmətinin təkmilləşdirilməsi üçün “Novauris” nitq tanınması proqram təminatı istehsalçısını satın almağa çalışır

“Apple” “Siri” xidmətinin təkmilləşdirilməsi üçün “Novauris” nitq tanınması proqram təminatı istehsalçısını satın almağa çalışır.

Xatırladaq ki, “Apple” şirkəti satışın neçəyə başa gələcəyi haqqında məlumat verməsə də, iki şirkət arasında sazişin yaxın günlərdə imzalanması gözlənilir.

Qeyd edək ki, “Apple” şirkəti ötən maliyyə ilində 15 kiçik firma satın alıb. Bu yaxınlarda "Apple" şirkəti "SnappyCam" startupını alıb. "SnappyCam" smartfonlar üçün sürətli foto çəkilişi təmin edir. "SnappyCam 3.0" bir saniyədə 20 və 30 foto çəkiliş imkanı verir. Həmçinin, bu xidmətlə fotonu altı dəfə böyütmək mümkündür.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.