Youtube Türkiyəni məhkəməyə verdi
  • Mərkəzi ABŞ-da yerləşən və video paylaşmaq saytı olan Youtube Türkiyə Rabitə və Telekommunikasiya Nazirliyini məhkəməyə verib.

Youtube rəhbərliyi isə belə addımın atılma səbəbini Türkiyədə sayta girişə qadağa qoyulması ilə izah ediblər. Rəhbərlikdən bildiriblər ki, Türkiyədə Youtube-a girişə qadağa qoyulması ilə insanların məlumat əldə etmək hüquqları məhdudlaşdırılıb.

Saytın Türkiyədəki vəkili Gönenç Gürkaynak ölkədə Youtube-a qoyulan qadağanın aradan qaldırılması üçün artıq Türkiyə Konstitusiya Məhkəməsinə müraciət ünvanlayıb.

Qeyd edək ki, Gölbaşı Sülh Cəza Məhkəməsi 2014-cü il martın 27-i tarixli qərarı ilə Youtube saytında bağlanması istənilən linklərin göstərilən müddət içərisində yerinə yetirilməyəcəyi halda, sayta girişin qarşısını almaq qərarı vermişdi.

Türkiyə Vəkillər Kollegiyasının bu qərara etirazından sonra məhkəmə 27 Mart 2014-cü il tarixli qərarındakı bütün yayıma mane olmaq qərarını ləğv edib, lakin 15 linklə əlaqədar yayım qadağasının davam edəcəyini bildirib.

Gölbaşı Respublika Prokurorluğu cinayət tərkibli videoların silinməməsi səbəbilə qərara etiraz edib.

Xatırladaq ki, etirazı qiymətləndirən Gölbaşı Sülh Cəza Məhkəməsi sözügedən linklərə dair qərarı yenidən gündəmə gətirərək, həmin cinayət tərkibli videoların silinməyəcəyi halda saytın girişinə qoyulan məhdudiyyəti davam edəcəyinə qərar vermişdi.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.