Zakir Həsənov Tehranda ikitərəfli hərbi əməkdaşlıq məsələlərini müzakirə edəcək
  • Azərbaycan Respublikasının müdafiə naziri İran İslam Respublikasına rəsmi səfər edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS-ə verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanın dəvətilə 14-15 aprel 2014-cü il tarixlərində İran İslam Respublikasına rəsmi səfər edəcək.

Səfər çərçivəsində ikitərəfli hərbi əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi, regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsinin aparılması, İran İslam Respublikasının rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.