Facebook Like xahişini cəzalandıracaq
  • Facebook xəbərlər xəttinin formalaşmasının yeni alqoritmini elan etdi.

Yeni xəbər xətti istifadəçiyə qıcıqlandıran və təkrarlanan kontenti daha az göstərəcək.

Facebook-un verdiyi məlumatda deyilir ki, söhbət əsasən üç növ paylaşımlardan gedir.

Birincisi, müəllifin Like, paylaşım və koment yazmağı xahiş etdiyi yazılar. Facebook əməkdaşlarının sözlərinə görə belə yazılar paylaşımın sayını artırır, amma istifadəçilər belə yazılardan şikayətlənirlər.

İkincisi, Facebook təkrarlanan və ya köhnə mətnli kontentlər xəbər xəttində görünməyəcək. Yeni alqoritm eyni səhifədə dəfələrlə paylaşılan şəkil və videoları tanıyacaq.

Üçüncüsü, sosial şəbəkə reklam saytlarına və “spam paylaşımları” daha az göstərəcək.

Facebook-un məlumatında qeyd edilir ki, dəyişikliklər istifadəçiləri həqiqətən müzakirəyə sövq edən müəlliflərin səhifələrinə toxunmayacaq.

Alqoritmin ilkin sınaqları göstərdi ki, istifadəçilər tərəfindən xəbər xəttindən paylaşımların silinməsi 10% azalıb.

Xatırladaq ki, Facebook istifadəçisinin xəbərlər xətti sosial şəbəkəsinin alqoritmi maraqlı hesab etdiyi məlumatlardan ibarətdir. O, istifadəçinin və məlumat müəllifinin sosial qrafik üzrə “yaxınlığını”, like, paylaşımlar nəzərə alır.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.