Facebook-a hər gün nə qədər insan daxil olur?
  • Facebook şirkətinin mobil tətbiqlərindən gündəlik istifadə edən istifadəçilərin sayı 2014-cü ilin martında 609 milyona bərabər olub, aktiv mobil auditoriyanın payı il ərzində 43% artıb.

Hər ay Facebookun mobil xidmətlərindən 1,01 milyard insan istifadə edir ki, bu da ötən illə müqayisədə 33% yüksəkdir. Facebook sosial şəbəkəsinin auditoriyası 1,28 milyarda bərabərdir.

Facebook-un direktoru Mark Zukerberq mobil texnologiyaların inkişafını sosial şəbəkənin əsas prioriteti adlandırıb. Facebook şirkəti, həmçinin WhatsApp və Instagram xidmətlərinə sahibdir.

Mobil istiqamət, həm də Facebook-un biznes göstəriciləri üçün əsas istiqamətə çevrilir. 2014-cü ilin birinci rübündə sosial şəbəkənin reklam gəlirinin 59%-i mobil reklamın payına düşüb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.