Putin "Yandex"ə 1 milyard dollar ziyan vurdu
  • Rusiyanın ən iri axtarış sistemi "Yandex"in səhmləri bu gün sürətlə ucuzlaşmaqda davam edib.

İş gününün sonunda Nyu-Yorkun NASDAQ bircasında şirkətin bazar qiyməyi 10,44% azalıb, səhmlərin qiyməti isə 23,9 dollara düşüb. Bu, səhmlərin ilkin yerləşdirmə qiymətindən aşağıdır.

Buna səbəb Sankt-Peterburqda keçirilmiş media forumunda Rusiya prezidenti Vladimir Putinin dedikləri olub. Onun sözlərinə görə, "Yandex" işinin ilkin mərhələsində qərb təsirinin altına düşüb.

"Onlar işə başlayanda təzyiq altına düşdülər: dedilər ki, sizdə bir belə amerikalı, bir belə də avropalı olmalıdır və onlar bununla razılaşmalı oldular", - deyə Putin bildirmişdi.

Rusiya lideri fikirlərini belə davam etdirmişdi: "Onların qeydiyyatının bir hissəsi xaricdədir, bu, təkcə vergi məsələsini deyil, başqa məqsədləri də güdür".

Onun bu sözlərindən sonra ABŞ-da hərraclar açılan kimi "Yandex"in səhmlərinin qiyməti dərhal 5% ucuzlaşmışdı.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.