Türk mətbuatı İlham Əliyevin Sarkisyana sillə kimi cavabından yazdı (FOTO)
  • Azərbaycan prezidenti İlham Əliyevin Praqada Ermənistan prezidenti Serj Sarkisyana verdiyi cavab Türkiyə mətbuatının əsas xəbərinə çevrilib.

Dövlət başçısının “Şərq tərəfdaşlığı” sammitində Ermənistan prezidentinin Türkiyəni ittiham edən bəyanatlarına cavabı türklərin ürəyindən olub.

"Sabah", "Milliyət", "Radikal","Yeni Şafak", "Zaman", "Vatan" qəzetləri, "Cihan", haberler.com, "Anadolu" agentlikləri Azərbaycanın dövlət başçısının çıxışından sitatlar yerləşdiriblər. Bu məqalələr əsas səhifələrdə "İlham Əliyevdən Sarkisyana sillə kimi cavab",
"Sarkisyanın Türkiyəni tənqidinə Əliyevdən reaksiya: Mən burdayam", "Sarkisyanın Türkiyəni günahlandırmasına Əliyevdən sərt cavab", "Türkiyə təmsilçisi yox, amma mən buradayam", "Sarkisyan Türkiyəni günahlandırdı, Əliyev cavabını verdi" kimi başlıqlarla yerləşdirilib.

Xatırladaq ki, Serj Sarkisyanın çıxışını Türkiyəyə hücuma həsr edib. Azərbaycan prezidenti isə “Bilirsiniz ki, Türkiyə burada təmsil olunmur, istifadə edirsiniz. Amma mən buradayam, sizə cavab verirəm!”, - deyə ona cavab verib.

Prezidentin çıxışının tam mətni ilə burada tanış ola bilərsiniz.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.