“Yeni Müsavat” qəzetinin əməkdaşının döyülməsi ilə bağlı (BƏYANAT)
  • “Belə hadisələr ölkədə sabit vətəndaş cəmiyyətinin qurulmasına öz mənfi təsirini göstərir”.

Parlament Jurnalistləri Birliyi “Yeni Müsavat” qəzetinin əməkdaşı, jurnalist Fərahim İlqaroğlunun vəhşicəsinə döyülməsini pisləyən bəyanatla çıxış edib.

Bəyanatda bildirilir: “Jurnalistə qarşı belə amansız davranış bizi hiddətləndirib. Belə hadisələr ölkədə sabit vətəndaş cəmiyyətinin qurulmasına öz mənfi təsirini göstərir. Biz bu cinayəti törədən təqsirkarların tezliklə tapılıb cəzalandırılmasını istəyirik. Ümid edirik ki, hüquq-mühafizə orqanları jurnalist Fərahim İlqaroğluna qarşı törədilən bu amansız hücumun təqsirkarlarını yaxın zamanda üzə çıxaracaq”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.