Səfər Əbiyev həbs ediləcək?
  • Bir neçə gündür mətbuatda keçmiş müdafiə naziri Səfər Əbiyevin ölkədən getdiyi, qayıdan kimi həbs olunacağı ilə bağlı məlumatlar yayılır.

Onun hətta Çexiyada olduğu da iddia edilir. Bəzi mənbələr isə hətta bildirirlər ki, Hərbi Prokurorluq və Müdafiə Nazirliyinin Daxili Təhqiqat İdarəsi keçmiş müdafiə nazir Səfər Əbiyevin 19 illik fəaliyyəti ilə bağlı maliyyə hesabatı hazırlayır.

Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Əfrahim Təhməzov modern.az-a bildirib ki, hazırda keçmiş müdafiə nazirinin fəaliyyəti ilə bağlı heç araşdırma aparılmır. Onun fikrincə, vaxtaşırı yayılan bu məlumatlarda konkret mənbə göstərilmir, fərziyyələr söylənilir.

“Hərbi Prokurorluq ciddi bir qurumdur və hərbi sahə ilə bağlı olan hər hansı vəzifəli şəxsin fəaliyyəti araşdırılanda, konkret qərar veriləndə rəsmi məlumat yayılır”.

Modern.az-ın əldə etdiyi məlumata görə, keçmiş müdafiə nazirinin Çexiyaya getməsi də təsdiqlənmir. Ona yaxın mənbə deyib ki, iki gün əvvəl Səfər Əbiyevlə Bakıdakı mənzilində görüşüblər və keçmiş müdafiə naziri 19 illik fəaliyyəti ilə bağlı araşdırma aparılması haqda yayılan məlumatları əsassız adlandırıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.