Putin Obama ilə diplomatik münasibətlərə son verdi
  • Rusiya prezidenti Vladimir Putin ABŞ-lı həmkarı Barak Obama ilə diplomatik münasibətləri dayandırıb.

Bu barədə ABŞ mətbuatı yazır. Xəbərə görə, V.Putin B.Obama ilə telefon danışığında Ukrayna məsələsini müzakirə edərkən bildirib ki, iki ölkə arasındakı qarşılıqlı münasibətlərə son qoyulmalıdır.

Rusiya mətbuatının diplomatik mənbələrə istinadən verdiyi xəbərə görə, Putin Ukrayna ilə bağlı irəli sürülən indiki şərtlər altında Obama ilə danışıqlara getməkdə maraqlı deyil. Bundan sonra prezidentlər arasında Ukrayna münaqişəsinin əvvəlində olduğu kimi birbaşa danışıqlar həyata keçirilməyəcək.

“Müasir İnkişaf İnstitutunun rəhbəri, Rusiya baş naziri Dmitri Medvedevin yaxın silahdaşı İqor Yurqens isə bildirib ki, Putin təzyiq altında Obama ilə danışıqlara getməyəcək. Onun sözlərinə görə, iki prezident arasında diplomatik münasibətləri birdəfəlik dayandırılmayıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.