ŞOK! Misirdə qadınları zorlamağa icazə verən fətva verildi
  • Daha bir müsəlman ölkəsində qadınları zorlamağa icazə verən fətva dərc edildi

Bu haqda dini sənədi Burhami Anasalafy.com saytında dərc etdirib. Bundan əvvəl də elə həmin saytda Burhami əgər kişi arvadını başqa kişi ilə zina edərkən yaxaladıöı halda ərinə qadını öldümək ixtiyarı verən digər fətva dərc etdirmişdi.

Misirli vaizin fikrincə, öz həyat yoldaşını zorlamağa icazə vermək, oğruya tələb etdiyi pulu vermək kimi bir şeydir. Bu fətva Misirdə etirazla qarşılanmışdı. Fətvaya qarşı nəinki dini xadimlər, eyni zamanda sadə vətəndaşlar da tənqidlə çıxış edib.

Vəqflər Nazirliyinin əməkdaşı Səid Muhəmməd Əli bildirib ki, fətvanın nə şəriətə, nə də qanunvericilik normalarına heç bir aidiyyatı yoxdur.

Burhaminin fətvası eyni zamanda adlı-sanlı universitet hesab edilən Əl-Əzhər universitetinin alimləri tərəfindən də tənqidlə qarşılanıb. Universitetin fətvalar komitəsinin keçmiş rəhbəri Əli Əbu əl-Həsənin fikrincə, moizəçinin buraxdığı sənəd heç bir şəriət qanununa əsaslanmır. Şəriətə görə, qadını qorumaq kişilərin birbaşa vəzifəsidir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.