Elza Seyidcahan hücuma məruz qaldı
  • “Şüşəni sındırmaqlarına baxmayaraq, maraqlısı odur ki, içərisindən heç nə götürməyiblər. Bunu kimin etdiyini tapacam”.

Bu gün ANS telekanalında yayımlanan “Günə baxan” verilişində qonaq qismində iştirak edən ifaçı iki gün əvvəl tanımadığı şəxslərin avtomobilinin şüşəsini sındırdığını deyib. Hadisədən bərk əsəbiləşən müğənni bunu edən insanların tutulması üçün əlindən gələni edəcəyini deyib. Bundan əlavə olaraq müğənni artıq polis bölməsinə də şikayət etdiyini deyib:

“Şüşəni sındırmaqlarına baxmayaraq, maraqlısı odur ki, içərisindən heç nə götürməyiblər. Bunu kimin etdiyini tapacam”.

Aparıcının bu yaxınlarda ailə həyatı quran oğlu barədə verdiyi sualları cavablandırmayan müğənni, oğlunun həyatına qarışmadığını bildirib:

“Oğlum evlidir, onun öz ailəsi var, Allah onları xoşbəxt etsin. Bu haqda danışmaq istəmirəm, hərənin şəxsi həyatı var. Bu da oğlumun həyatıdır. Başqasının ailəsi haqda danışmağı sevmirəm. Hətta öz oğlum olsa belə”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.