Dəhşət! Bakıda şəkili küçədə 12 yaşlı qızla sekslə məşğul olub
  • Bakının mərkəzində quraşdırılmış nəzarət kameralarında gecə ərzində cavan oğlanın qızla iki dəfə cinsi əlaqəyə girdiyi qeydə alınıb. Bu, birinci dəfə Qız qalası, ikinci dəfə Sabir bağında baş verib.

Bu barədə Səbail rayon Polis İdarəsində bildiriblər. Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, kameralarda görünən qız itkin düşdüyü elan edilən, 12 yaşlı Bayıl qəsəbə sakini (ad etik baxışlara və istintaqa görə dəyişdirilib) Lamiyə M-dir.

Bu yaxınlarda qızın nənəsi polisə müraciət edərək onun evdən çıxdığını və geri qayıtmadığını deyib.

Müstəntiqlər kamerada çəkilən oğlanın izinə düşüblər. Bu 1991-ci il təvəllüdlü, Bakıda kirayədə qalan, tikintilərin birində fəhlə kimi çalışan, Şəki rayon sakini N.Mustafayevdir.

Saxlanılan Mustafayevə qarşı Bakı şəhər Prokurorluğunda AR CM 152-ci maddəsi ilə (16 yaşına çatmamış şəxslə cinsi əlaqə və ya seksual xarakterli digər hərəkətlər) cinayət işi açılıb.

Saxlanılan şəxs ilkin dindirilmədə qızla Bakı Bulvarında tanış olduğunu deyib. Onun sözlərinə görə qızı zorlamayıb, o özü onunla yaxınlığa razılıq verib.

Bayıl sakinini evinə qaytarıblar. Məlumat verilib ki, uşağın valideynləri alkoqol düşkünüdürlər, qızın tərbiyəsi ilə nənəsi məşğul olurdu. Bundan başqa məhkəmə ekspertizasının məlumatına görə L.M. bakirədir.

Qeyd edək ki, AR CM-in 152-ci maddəsinə görə, tutulan şəxs 3 il müddətinə azadlıqdan məhrum edilə bilər. Bizim fikrimizcə, bu həddən artıq yüngül cəzadır.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.