Bakı kompyuter oyunları üzrə dünya çempionatına ev sahibliyi edəcək
  • Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov və Beynəlxalq Kiber İdman Federasiyanın (IeSF) baş katibi VonSuk O (WonSuc Oh) arasında kompyuter oyunları üzrə altıncı dünya çempionatının Bakıda keçirilməsinə dair Memorandum imzalanmışdır.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, imzalanma mərasimində Azərbaycan Kiber İdman Federasiyasının prezidenti Ramil Əliyev də iştirak etmişdir.

Memoranduma əsasən, “6th e-sports world championship Baku 2014” (kompyuter oyunları üzrə altıncı dünya çempionatı) noyabrın 12-dən 17-dək Bakıda “Crystal Hall”da keçiriləcəkdir.

Bundan əlavə, oyun nizamnaməsinin rəsmi qaydalarına uyğun olaraq IeSF-in Təşkilat Komitəsi yarışların kişilər və qadınlar arasında iki növ üzrə keçirilməsini təmin edir. Çempionata ev sahibliyi edən ölkənin isə əlavə 3-4 növə namizədliyini irəli sürmək hüququ vardır. Yekun nəticədə IeSF yarışların kişilər arasında dota 2 (valve), starcraft Ii: heart of swarm (blizzard)”, qadınlar arasında isə starcraft Ii: heart of swarm (blizzard), tekken tag tournament 2 (namco bandai) növləri üzrə keçiriləcəyini müəyyənləşdirmişdir:

Hazırda çempionatın proqramına street fighter series, hearth stone, pro evolution soccer və başqa əlavə növlərin daxil edilməsinin mümkünlüyü, həmçinin təşkilatı və lisenziya ilə bağlı digər məsələlər nəzərdən keçirilir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.