Didye Droqbadan Soma faciəsi qurbanlarına 1 milyon avroluq yardım
  • “Qalatasaray”ın ulduz futbolçusu Didye Droqba mədən faciəsində dünyasını dəyişənlərin ailələrinə maddi yardım edib.

Fil Dişi sahilli oyunçu Türkiyədə keçirilən kampaniya çərçivəsində Somadakı ailələrə 1 milyon avro maddi yardım köçürüb.

Ulduz futbolçu Droqba həmçinin vəfat edən mədən işçilərinin ailələrinə İnstagram hesabından başsağlığı verib:

“Bütün işçilərin ailəsinə başsağlığı verir və səbir diləyirəm. Başımız sağ olsun”.

Xatırladaq ki, mayın 13-də yerli vaxtla saat 15:45-də Türkiyənin Manisa vilayətinin Soma rayonundakı kömür mədənində dəhşətli partlayış baş verib. Hadisə zamanı mədəndə 700-dən artıq fəhlə olub və onlardan bu dəqiqəyə qədər 284 nəfərin dünyalarını dəyişdiyi təsdiqlənib. Hadisə nəticəsində çoxlu sayda fəhlə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.