"Eurovision 2012"nin finalının biletləri satışda
  • Bu gün Bakı vaxtı ilə saat 15:00-da Eurovision Mahnı Müsabiqəsi 2012-nin mayın 26-da keçiriləcək final mərhələsinin biletləri satışa çıxarılacaq. Eurovision.az saytı xəbər verir ki, final mərhələsinin biletləri 160-240 manat arasındadır.

Şounun digər mərhələlərinin biletləri kimi bu dəfə də satış eurovision.tv saytında online aparılacaq.

Bildirək ki, mayın 22-də keçiriləcək birinci yarımfinalın və eyni mərhələnin əsas məşqinin biletləri fevralın 29-dan, mayın 24-də baş tutacaq ikinci yarımfinalın və eyni mərhələnin əsas məşqinin biletləri martın 5-dən, final konsertinin münsiflərin səs verəcəyi əsas məşqin biletləri martın 12-dən satışa çıxarılıb.

Xatırladaq ki, Eurovision 2012 şousunun təşkil olunacağı arena-“Bakı Kristal Zal”ının bu konsert üçün 20 min tamaşaçı tutumu var.

Alınan hər bilet həmin bilet sahibinin adına olmalıdır. Online satış sistemində bilet əldə edəcək şəxsin adı və soyadını, şəxsiyyəti təsdiqləyən sənədin nömrəsini daxil etmək mütləqdir. Bir şəxs internet üzərindən bir ödəmə kartı ilə maksimum 4 bilet ala bilər. Ödəmələr MasterCard, Visa kartları, American Express çekləri ilə aparılır. Əldə olunan hər bilet konkret adamın adına rəsmiləşdirilməlidir və bu biletdən yalnız həmin şəxs istifadə edə bilər, onu digərinə verə bilməz. Bilet alan şəxs barədə saxta məlumatlar daxil edilməsi aşkarlanarsa, həmin bilet etibarsız sayılacaq. Online satış zamanı müştəri biletin əldə olunmasını təsdiq edən elektron məktub alacaq. Bilet sahibləri elektron ünvana daxil olmuş vauçeri konsert ərəfəsində Bakıdakı bilet satış köşklərinə verərək biletlərini əldə edəcəklər. Bu, saxtalaşdırmanın və biletlərin qara bazarda satışının qarşısını alacaq.

Bilet almaq üçün bu linkə - (http://www.eurovision.tv/page/baku-2012/about/tickets) keçə bilərsiniz.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.